Şriftin ölçüsü:

Saytın rəngi:

18.12.2024

Qəbələdə maarifləndirmə tədbiri keçirilib

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbəsi 4 saylı tam orta  məktəbdə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda erkən nikahın cəmiyyətdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.