Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, QMİ-nin rayon qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Ətraf mühitin qorunması, ekoloji problemlərin həlli və bu istiqamətdə din xadimlərinin üzərinə düşən məsələlərdən danışılıb.
Tədbir müzakirələrlə davam edib.