Şriftin ölçüsü:

Saytın rəngi:

09.02.2024

Qaxda və Salyanda maarifləndirmə tədbirləri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri müvafiq qurumlarla birgə regionlarda maarifləndirmə tədbirləri həyata keçirib.

Fevralın 8-də Qax rayon Qıpçaq kənd tam orta məktəbində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Daha bir tədbir isə fevralın 8-də Salyanda keçirilib. "Gələcəyimizi zərərli vərdişlərdən qoruyaq” mövzusunun müzakirəsinə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Zamin Əsədov, Rayon Gənclər və İdman sektorunun nümayəndələri, təhsil işçiləri və gənclər qatılıblar.

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Gənclərin zərərli vərdişlərdən çəkinmələri və təhsilə daha çox önəm vermələrinin vacibliyindən danışıblar. 

Hər iki tədbir müzakirələrlə davam edib.