Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 5-də Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Muradov, Qax rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, ictimaiyyət nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Çıxışlar zamanı “Sülh Aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. 1981-ci ildən etibarən hər il qeyd olunan 21 sentyabr - Beynəlxalq Sülh Gününün məqsədinin əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət etdiyi vurğulanıb. Bu qəbildən olan tədbirlərin keçirilməsində əsas məqsədin gənclərə sülh və tolerantlıq, eləcə də multikultural dəyərləri, müxtəlif adət-ənənələrə hörmət ruhunu aşılamaq olduğu vurğulanıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.