Şriftin ölçüsü:

Saytın rəngi:

18.12.2024

Qaxda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil, Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə Qax şəhəri Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Seminarda DQİDK-nın Zaqatala regional bölməsinin əməkdaşı Tərlan Nəzərov, İcra Hakimiyyətinin əməkdaşı Fərid Muradov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Elvin Həsilov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.