Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 6-da Oğuz rayonunda “Sülh Aylığı" çərçivəsində "Dini radikalizm və ekstremizmin təhlükələri”
mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin əməkdaşı Samir Salehov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib, bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. Həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olduğu diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.