Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Naftalan şəhər Uşaq Musiqi Məktəbində “Milli dəyərlər və müasir ailə modeli: tarixdən günümüzə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, din xadimləri, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, milli dəyərlərimizin əsasını ailə dəyərləri təşkil edir. Diqqətə çatdırılıb ki, milli dəyərlərimizin əsasını ailə dəyərləri təşkil edir. Hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir.
Tədbir müzakirələrlə davam etdirilib.