Şriftin ölçüsü:

Saytın rəngi:

27.01.2015

Mübariz Qurbanlı: Xocalıda törədilmiş faciə Holokost soyqrımının azərbaycanlılara qarşı törədilmiş formasıdır

Salamposts-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xırdalan şəhərində vətəndaşlarla keçirilən görüşdə deyib.Abşeron və Sumqayıtdan olan vətəndaşların iştirakı ilə keçirilən görüşdə Mübariz Qurbanlı bildirib ki, Holokost dünyada insanlıq əleyhinə törədilmiş ən qatı cinayətlərdən biridir. İkinci Dünya müharibəsinin  gedişində 6 milyon nəfərə qədər yəhudi faşizm tərəfindən qətlə yetirilib, müxtəlif cinayətlər törədilib. Bu da insanlığa qarşı törədilmiş cinayət kimi müharibədən sonra Nürnberqdə keçirilən beynəlxalq tribunalda qeyd olunub. Bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayətlər sırasına daxil edilib. İkinci Dünya müharibəsindən sonra da ayrı-ayrı yerlərdə dünyanın müxtəlif bölgələrində insanlıq əleyhinə cinayətləri görməkdəyik. Kütləvi sürətdə soyqırımın həyata keçirilməsi davam edib.
"Belə bir soyqırım siyasəti azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilib və bu gün də davam etməkdədir. İkinci Dünya müharibəsindən sonra belə bir soyqrım hadisələrindən biri də Xocalıda törədilmiş soyqırımı hadisəsidir. Xocalıda törədilmiş faciə Holokost soyqrımının azərbaycanlılara qarşı törədilmiş formasıdır. Ona görə də Holokstu yad edənlər buna bənzər cinayətləri də yad etməlidir. Buna bənzər cinayətlərdən ən qatısı da erməni millətçiləri, erməniçilik tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımıdır. Bu soyqrımdan əvvəl isə Dağlıq Qarabağda törədilən cinayətlərdir ki, bütövlükdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətləridir. Bu cinayətlər beynəlxalq miqyasda BMT tərəfindən qəbul edilmiş konvensiyalarda, qətnamələrdə öz əksini tapıb".
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqı da insanlıq əleyhinə törədilmiş bütün cinayətləri pisləyərək Azərbaycana, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə də beynəlxalq miqyasda adekvat qiymət göstərilməsini istəyir və bu istiqamətdə fəaliyyət göstərir.