Şriftin ölçüsü:

Saytın rəngi:

07.05.2025

Masallıda "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərinin konstitusiya əsasları və hüquqi dövlətdə gənclərin rolu"  mövzusunda tədbir keçirilib

Mayın 7-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı Rayon Dövlət Regional Kolleci, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon sektoru və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı Rayon “Gənclər Evi”ndə "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərinin konstitusiya əsasları və hüquqi dövlətdə gənclərin rolu"  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmaylov, Masallı Rayon Dövlət Regional Kollecinin müəllimi və kollecin tələbələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda Ulu Öndərin cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının möhkəmləndirilməsi, milli mədəniyyətimizin humanist potensialının, çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərə nəzər salınıb. Bu işlərin əhəmiyyətinin Azərbaycan gənclərinə düzgün çatdırılmasının zəruri olduğu vurğulanıb. 
Sonda iştirakçıların sualları cavablandırılıb.