Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 18-də Masallı rayonu Natiq Əkbərov adına Şatıroba kənd tam orta məktəbində “Uşaqların sağlamlığına və mənəviyyatına təhlükə törədən amillərlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı Hörmət Balakişiyev, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Sabiq Cahangirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Cəmiyyətin və dövlətin hər zaman uşaqların mənəvi dəyərlərimiz əsasında, Azərbaycançılıq ruhunda tərbiyə edilmələrinə çalışdığı diqqətə çatdırılıb. Onların sağlam, eyni zamanda bilikli böyümələri üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.
Tədbir müzakirələrlə davam etdirilib.