Şriftin ölçüsü:

Saytın rəngi:

04.12.2024

Masallıda erkən nikah problemi müzakirə olunub

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Rəhim Tağıyev adına Masallı rayonu Tarix- Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində keçirilən “Erkən  nikah  və onun  fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, muzeyin direktoru Əntiqə Tağıyeva, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda erkən nikahın səbəbləri, yaratdığı problemlərdən bəhs edilib. Eyni zamanda erkən nikahın cəmiyyətdə törətdiyi fəsadlara toxunulub. 

Sonda iştirakçıların sualları cavablandırılıb.