Şriftin ölçüsü:

Saytın rəngi:

14.06.2024

Lənkəranda “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda intellektual yarış keçirilib

İyunun 13-də “Yaşıl dünya naminə həmrəylik ili” və 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Lənkəran rayonunda fəaliyyət göstərən dini icmalar arasında “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir və intellektual yarış keçirilib.
Cil kəndi “Hüseyniyyə” məscidində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi Cəmil Quliyev və dini icma üzvləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin ruhuna Qurani-Kərim oxunması ilə başlanıb.
Çıxışlar zamanı müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qaydışı, onun siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində ölkənin dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb. Xalqımız qarşısındakı tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanan Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətləri diqqətə çatdırılıb.
Daha sonra dini icmalar arasında “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda intellektual yarış keçirilib. Qalib gələn dini icmalara DQİDK tərəfindən nəşr edilən ədəbiyyatlar hədiyyə edilib.