Şriftin ölçüsü:

Saytın rəngi:

14.06.2024

Komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Rustavi və Qardabani şəhərlərində olub

Komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti iyun ayının 13-də Rustavi və Qardabani şəhərlərində olub. Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Rustavi şəhərində yerləşən abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Nümayəndə heyəti Rustavi şəhərində yerləşən “Cümə” məscidini ziyarət edib. Məscidin dini icmasının üzvləri ilə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ramin Məmmədov Gürcüstanda yaşayan azərbaycanlıların dini dəyərlərə, milli və etnik köklərə bağlılığının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş kitablar məscidə hədiyyə edilib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qardabani şəhərindəki “Marağa” məscidini ziyarət etdikdən sonra “Əl-Hikmət” mərkəzinə gəlib. Burada Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğıdan, humanitar, mədəniyyət, təhsil sahələrində, o cümlədən dini icmaların inkişafına verilən dəstəkdən bəhs edilib. Dövlət Komitəsinin sədri Gürcüstandakı azərbaycanlıların milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

İyunun 13-də nümayəndə heyətinin Gürcüstana səfəri başa çatıb.