Şriftin ölçüsü:

Saytın rəngi:

03.12.2024

İsmayıllıda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 3-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, din xadimləri, dini icma üzvləri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanıb. Gənclərin və yeniyetmələrin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.