Şriftin ölçüsü:

Saytın rəngi:

30.08.2024

Goranboyda “Dövlət-din münasibətlərinin tənzimlənməsində din xadimlərinin rolu” mövzusu müzakirə olunub

Avqustun 30-da Goranboyda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin tənzimlənməsində din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov və din xadimləri iştirak ediblər.

Çıxışlarda dinin Azərbaycan cəmiyyətindəki rolu, dövlət tərəfindən dini ibadət yerlərinə, din xadimlərinə göstərilən  diqqət və qayğıdan danışılıb. Respublikamızda vətəndaşların  dini etiqad azadlığının təmin olunduğu, din xadimlərinə ibadətlərini yerinə yetirmələri üçün şəraitin yaradıldığı bildirilib. Eyni zamanda dövlət-din münasibətlərinin inkişafında din xadimlərinin rolundan bəhs olunub. 
Tədbir müzakirələrlə davam edib.