Şriftin ölçüsü:
Saytın rəngi:
Gəncədəki Aleksandr Nevski Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub.
Bununla bağlı Gəncədəki məbəddə dini ayinlər icra olunub.
Kilsənin yaradılması ilə bağlı tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası idarəsinin katibi Arximandrit Aleksiy (Nikonorov), Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan pravoslavlar iştirak ediblər.
Aleksandr Nevski Pravoslav Kilsəsi 1887-ci ildə şəhərin köhnə qəbiristanlığının yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib. 1916-cı ildə kafedral statusuna sahib olan kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası kimi istifadə edilib. Muzey eksponatlarının başqa bir yerə (məscidə) köçürülməsindən sonra məbəd binası anbar kimi istifadə edilib. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılıb.