Şriftin ölçüsü:

Saytın rəngi:

04.11.2013

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 8 noyabr 2013-cü il tarixində, saat 14:00-da Neftçala şəhərində Mədəniyyət və incəsənət sarayında (Heydər Əliyev prospekti) vətəndaşlar üçün qəbul keçirəcəkdir. Qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinə müraciət etmələri  xahiş olunur.
 
Tel: (050) 588 -07-82