Şriftin ölçüsü:

Saytın rəngi:

24.06.2024

Dövlət Komitəsinin sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 24-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşüb.

Görüşdə  Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyi, dini sahədə mövcud münasibətlərin daha da möhkəmlənməsinin əhəmiyyəti qeyd olunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov qonağa Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, tolerant və multikultural dəyərlərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Səfir Mixail Yevdokimov ölkəmizdə bütün dinlərə qarşı hörmətlə yanaşılmasının təqdirəlayiq olduğunu ifadə edib, dini icmaların fəaliyyəti üçün yaradılan nümunəvi mühitin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər də müzakirə olunub.