Şriftin ölçüsü:

Saytın rəngi:

23.08.2024

Daşkəsəndə “Dini radikalizmin zərərləri” mövzusunda tədbir keçirilib

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Dini radikalizmin zərərləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev və həkimlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyəti yüksək qiymətləndirilib, radikalizm zərərləri haqqında ətraflı məlumat verilib.  Diqqətə çatdırılıb ki, dini radikalizm cəmiyyətin inkişafına mane olur və onun da qarşısının alınması maarifləndirmədən, İslamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Eyni zamanda ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən də bəhs olunub.