Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Masallı regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad sektorunun birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda "Sülh Aylığı" çərçivəsində “Tolerantlıq: sülhün və birgəyaşayışın təməl prinsipi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DİQDK-nın Masallı regional bölməsinin əməkdaşları - Cavidan Rəşidov, Həsən Hümbətov, Cəlilabad rayon Gənclər və İdman sektorunun əməkdaşı Salamat Nəcəfov, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər
Çıxış edənlər Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs ediblər. Ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin hər zaman yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.
Tədbir müzakirələrlə davam edib.