Şriftin ölçüsü:

Saytın rəngi:

26.07.2024

Bölgələrdə dini radikalizmə qarşı maarifləndirmə tədbirləri keçirilib

İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Mil-Muğan regional bölməsi,  Saatlı Rayon İcra Hakimiyyəti (RİH), Mil-Muğan regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil Sektoru və  Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizm: hüquqi və mənəvi fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Ağayeva, Mil-Muğan regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Məleykə Sultanova,  Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedoqoqu Türkan Həsənova, Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Şöbəsinin baş inspektoru İbrahim Behbudzadə, kənd ictimaiyyət nümayəndələri  və valideynlər  iştirak ediblər.

Dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş növbəti tədbir iyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən rayonu Mərkəzi Kitabxanasının (MKS) birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda DQİDK-nın Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, Balakən rayon MKS-nin müdiri Məryəm Tağıyeva, Balakən rayonu Gənclər evi sosial xidmət müəssisəsinin Vətənpərvərlik klubunun rəhbəri Osman Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi qeyd olunub. Daha sonra milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.