Şriftin ölçüsü:

Saytın rəngi:

12.05.2025

Biləsuvarda maarifləndirmə tədbiri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Biləsuvar şəhəri “Cümə” məscidinin toplantı zalında “Məişət zoraklığı ilə mübarizədə din xadimlərinin məsuliyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər məişət zorakılığının qarşısının alınmasında əxlaqi və dini dəyərlərin mühüm rolunu vurğulayaraq bu sahədə dövlət tərəfindən qəbul olunmuş qanunlar və görülən işlər haqqında məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.