Şriftin ölçüsü:

Saytın rəngi:

19.03.2025

Biləsuvarda maarifləndirmə tədbiri keçirilib

Martın 18-də Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Biləsuvar şəhər “İmam Zaman” məscidinin imamı Elvin Məmmədzadə, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın tarixən çox gözəl və zəngin ailə ənənələri olduğunu bildirən Aynur Sofiyeva qeyd edib ki, əsas məqsədlərdən biri də həmin ənənələrin gələcək nəsillərə ötürülməsidir.

Tədbir müzakirələrlə davam etdirilib.