Şriftin ölçüsü:

Saytın rəngi:

18.12.2024

Beyləqandakı hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonu “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbiri təşkil olunub.

Tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə müavini Mehman Qasımov, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə ətraflı məlumat verilib. Dini radikalizmin fəsadları geniş izah olunub. Dini ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən işlərdən danışılıb.

Sonda hərbçilərin sualları cavablandırılıb.