Şriftin ölçüsü:

Saytın rəngi:

10.05.2015

ALBAN MƏBƏDİ (XVII əsr), Xaçmaz kəndi

Xocalı rayonu Xaçmaz kəndində, verilən məlumatlara görə, xaçdaşlarla əhatələnmiş iki kilsə olub. Onlardan biri Şoşqavəng monastırı, digəri isə Müqəddəs Stepannos kilsəsidir. Müqəddəs Stepannos kilsəsi kiçik günbəzli, uzunluğu 13 m 90 sm, eni 9 m 32 sm olan tikilidir. Kilsənin şərq divarındakı kitabədə: Mən

usta Usey (Hüseyn) və Geykurq bu kilsəni İsmanın (İsmihan) xatirəsinə tikdik ifadəsi həkk olunmuşdur. Qapının daş fasadında isə inşa tarixi olaraq 1651-ci qeyd olunub. Kilsədə perqamentdə yazılmış iki qədim əlyazma – psalmlar olmuşdur. Psalmlardan birinin Davud Peyğəmbərin şərhlərinə ön söz yazmış Yepiskop Atanas tərəfindən tərtib olunduğu məlum olur. Digər psalmın isə bəzi vərəqləri tokulüb. Bu xatirə qeydlərində alban xristian əhali, alban katolikoslarının fəaliyyəti haqqında qiymətli məlumatlar olmuşdur. Ona görə də XIX əsrdə erməni kilsəsi səylə Alban kilsələrindəki dini kitablardakı bütün xatirə yazılarını məhv etmişdir.