Şriftin ölçüsü:

Saytın rəngi:

01.04.2024

Ağdamda “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusu müzakirə olunub

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin (Dövlət Komitəsi) Ağcabədi bölgəsi üzrə şöbəsi və  Ağdam rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Ağdam Musiqi Kollecində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Gənclər və İdman sektorunun əməkdaşları və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışılıb, dini radikalizm ilə mübarizədə maarifləndirmənin rolu vurğulanıb. Natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından da bəhs ediblər.