Şriftin ölçüsü:
Saytın rəngi:
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi ilə Xəzər rayonu 88 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “28 May - Müstəqillik günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Elşən Quluzadə və Şirvan Süleymanov, məktəbin direktoru Mirnağı Nəzərli, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmiz üçün böyük tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman azadlıq və müstəqillik uğrunda qətiyyətlə mübarizə aparıb.
Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xüsusi qeyd olunub.