Şriftin ölçüsü:

Saytın rəngi:

27.05.2025

“28 May – Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirilib

Mayın 27-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda müstəqilliyin bərpa edilməsindən, onun qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmindən  danışılıb.