Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.12.2025 / Xəbərlər

Azərbaycan nümayəndə heyəti Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 29-da İstanbulda Türkiyə Cəfəriləri icmasının lideri Səlahəddin Özgündüzlə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dini-mənəvi əməkdaşlıq münasibətləri və bu sahədə həyata keçirilən birgə layihələr müzakirə edilib. Hər iki ölkədə dini etiqad azadlığının təmin olunması, tolerantlıq və multikultural dəyərlərin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Gündüz İsmayılov Azərbaycan dövlətinin din sahəsinə göstərdiyi diqqət və qayğıdan, dini icmalar arasında sağlam münasibətlərin formalaşdırılması üçün icra olunan işlərdən danışıb. O, Azərbaycan-Türkiyə qardaşlığının dini-mənəvi sahədə də özünü göstərdiyini vurğulayıb.

Səlahəddin Özgündüz Türkiyədə cəfəri icmasının fəaliyyəti, dini maarifləndirmə istiqamətində görülən işlər haqqında fikirlərini bölüşüb.  İki qardaş ölkə arasında dini sahədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təkliflər müzakirə olunub.