Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
21.06.2016 / Multikulturalizm

Ucarda “Multikulturalizm və məzhəblərarası tolerantlıq” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin öllkədə dini maarifləndirmə və milli – mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014–cü il noyabrın 27–də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
İyunun 21-də Ucar rayonu Çiyni kənd “ Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrıseçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində “Multikulturalizm və məzhəblərarası tolerantlıq” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov, Ucar Rayon İcra Hakimiyyətinin Çiyni kənd  icra nümayəndəsinin  müavini Vahid Abdullayev, Ucar rayon Polis idarəsinin Çiyni kənd üzrə sahə müvəkkili polis leytenantı Elçin Neymanov, Çiyni kənd bələdiyyəsinin nümayəndəsi Hümmət Məmmədov, Ucar rayon Gənclər və İdman idarəsinin rəis müavini Mehdi Heydərov, Ucar rayon “Came” məscidi dini icmasının sədri  Ceyhun Əliyev, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli–mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra din xadimləri və ziyalılar mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri - ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.