Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
11.08.2021 / Multikulturalizm

“Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli” adlı konfrans keçirilib

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Şəki Şəhər İcra Hakimiyyəti və  şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli” adlı konfrans keçirilib. Tədbir koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən qaydalara uyğun olaraq təşkil edilib.

Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əhmədiyə Bəşirov Azərbaycanın dünyada multikultural və tolerant bir ölkə kimi tanındığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin ölkəmizdə rahat yaşadığını bildirib.

Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov Azərbaycanda müxtəlif etnosların nümayəndələrinin yaşadığını, hər birinin bütün hüquqlardan və qanunların onlara verdiyi səlahiyyətlərdən istifadə etdiklərini bildirib, Vətən müharibəsində də qəhramanlıqla vuruşaraq vətəni müdafiə etdiklərini qeyd edib.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev dini radikalizmlə mübarizə ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlərdən, bu sahədə aparılan siyasətdən danışıb, Azərbaycanda dini mənsubiyyətindən aslı olmayaraq heç bir şəxsə fərq qoyulmadığını, hər kəsin dini baxışlarına hörmətlə yanaşıldığını bildirib.

Tədbirin sonunda gənclərin sualları cavablandırılıb.