Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
06.06.2016 / Multikulturalizm

Şamaxıda “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib

İyun ayının 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə S.M.Qənizadə adına şəhər 1 saylı tam orta məktəbində “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, şəhər 1 saylı tam orta məktəbin direktoru Dilarə Rüstəmova, müəllimlər və orta məktəb şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şəhər 1 saylı tam orta məktəbin direktoru D.Rüstəmova ölkədə hökm sürən tolerant və multikultural mühitdən danışaraq Şamaxı rayonunda azsaylı xalqların dostluq və mehriban qonşuluq şəraitində birgə yaşamasından ətraflı söhbət açıb. Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim edilməsini, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inancların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda  dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.