Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
03.05.2016 / Multikulturalizm

Sabunçuda və Xətaidə “Multikulturalizm ili" çərçivəsində tədbirlər keçirilib

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsindəki 148 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, məktəbin direktoru Esmira Babayeva, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov bu ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu qeyd edərək mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu bildirilib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov multikulturalizm anlayışı və bu anlayışın özünəməxsus keyfiyyətləri haqqında söhbət açıb. Azərbaycanın multikulturalizmin praktiki baxımdan yaşandığı ölkə olaraq bütün dünyaya nümunə olduğu dinləyicilərin diqqətinə çatdırılıb. Sonda çıxış edən məktəbin direktoru Esmira Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
***
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonu 264 saylı tam orta məktəbdə “Multikulturalizm Azərbaycanda həyat tərzidir”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Məhəmməd İbrahimov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladaraq, mövzu ilə bağlı ətraflı çıxış edib. Bildirilib ki, xalqımızın tarixi köklərində multikultural dəyərlər və tolerant ənənələr daima mövcud olub və indi də qorunmaqdadır.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov multikulturalizmin alternativinin olmadığını və ölkəmizin bu anlayışın praktiki baxımdan tətbiq edildiyi ən gözəl nümunə olduğunu bildirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinə çevrilmiş multikulturalizmin bütün xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində birgəyaşayışını təmin edən əsas amil olduğunu deyən Gündüz Süleymanov dünyada gedən proseslər fonunda  Azərbaycanın bu sahədəki uğurlarının tədqirəlayiq olduğunu diqqətə çatdırıb.
Sonda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.