Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
16.08.2017 / Multikulturalizm

Sabirabadda “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir” mövzusunda tədbir təşkil olunub

Avqustun 16-da Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavanşir Bəhrəmov, Elvin İbrahimov, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Sabirabad rayon Həşimxanlı  kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov açaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq şəraitində yaşayan çoxsaylı xalqların nümayəndələrinin həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini xatırladaraq son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından bəhs edib, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra çıxış edən Həşimxanlı kənd tam orta məktəbinin müəllimi Namizəd Allahverdiyev ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə multikultural və tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Tədbirin sonunda  iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.