Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
04.05.2016 / Multikulturalizm

“Multikulturalizmin Azərbaycan modeli” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonu 221 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanovun, Xətai RİH-in 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Əhədovun və digərlərinin çıxışları dinlənilib.
Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı M.İbrahimov keçirilən tədbirdə dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğunu, dini fanatizm və dini radikalizmə yer olmadığını bildirib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov çıxış edərək, müxtəlif dinlərin və  dini-fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələrinin formalaşdığını, milli və irqi dini zəmində heç bir ayri seçkilik faktı qeydə alınmadığını diqqətə çatdırıb.
Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.