Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
06.06.2016 / Multikulturalizm

“Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir keçirilib

İyun ayının 6-da DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubadlı rayonu Mərdanlı kənd tam orta məktəbində “Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, Mərdanlı kənd tam orta məktəbin direktoru Könül Kərimova, DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yalçın Abdullayev, orta məktəb şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elşən Qəhrəmanov bildirib ki, ölkəmizdə birgə yaşayışın və mehriban münasibətlərin tarix boyu möhkəmlənməsi və milli-mənəvi dəyərə çevrilməsi bu gün də davam etməkdədir. Bizə məxsus olan bu dəyərlər sistemi dünyada dini və milli zəmində baş verən qarşıdurmaların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Multikulturalizm və tolerantlıq ənənəsindən irəli gələn real faktlar dünyanın bir çox yerində alternativ nümunə kimi təqdim olunur.
Yalçın Abdullayev çıxışı zamanı dini radikalizm və onun fəsadları ilə əlaqədar məsələrə toxunub, gənclərimizin bu tipli radikal qruplara qoşulmasını pisləyərək onların fəasadları haqda məlumat verib. Qeyd edilib ki, bu zərərli qrupların əsas məqsədi ölkəmizdə içtimai-siyasi sabitliyi pozmaq, dövlətimizin hüquqi-demokratik əsaslarını sarsıtmaqdır. Çıxışının sonunda natiq bildirib ki, gənclərimiz onları dinə dəvət edən şəxslərə qarşı ehtiyatlı olmalı, əsas təhsilə üstünlük verməlidirlər.
Tədbirin sonunda çıxış edən Könül Cəfərova son dövrlərdə ölkədə dini sahədə görülən işlərdən danışıb, müsbət dəyişiklikləri müşahidə etdiklərini, radikalizm meyillərinin ciddi mənada azaldığını xüsusilə qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.