Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
03.06.2016 / Multikulturalizm

“Multikulturalizm – bəşəri sülhün qarantı” mövzusunda seminar keçirilib

İyunun 3-də Sumqayıt şəhərində Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm – bəşəri sülhün qarantı”  mövzusunda seminar keçirilib. 
Seminarı giriş  sözü ilə açan Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsinin müdir müavini Eldar Hüseynov qloballaşma prosesinin dinilərarası və etnik münasibətlərə təsirindən danışıb. Qeyd edib ki, ölkə başçısının Azərbaycan xalqına  xas olan multikultural, tolerant yaşam tərzini və bu yaşam tərzini doğuran əxlaqi keyfiyyətlərimizin  dünya miqyasında geniş təbliği bəşəri sülhə və əmin-amanlığa nail olmaq istiqamətində töhfə ola bilər.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ictimai-fəlsəfi düşüncə  tarixindəki yeri və rolundan danışıb. O, qeyd edib ki, qloballaşan dünyada sivilizasiyalararası toqquşmaların zərərlərini minimuma endirmək üçün sahib olduğumuz ayrı-ayrı etnik və müxtəlif dini kimliklərin birgəyaşayışı təcrübəsinin dünya xalqları tərəfindən öyrənilməsində fayda  var.
Tədbirin sonunda mövzuyla əlaqədar diskusiya aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.