Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
30.04.2016 / Multikulturalizm

Masallıda “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yap Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, icma sədrləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək Azərbaycandakı mövcud multikulturalizm və toletrantlıq mühitinin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov “Heydər Əliyev şəxsiyyəti milli-mənəvi və multikultural dəyərlər işığında” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Heydər Əliyev şəxsiyyətinin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi qiyməti önə çəkərək, onun böyük və əvəzsiz xidmətlərindən danışıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Köçəkli kənd məscidi dini icmasının sədri Əfrahim Xəlilov, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlər sisteminə verdiyi töhfələrdən və bu istiqamətdə görülən işlərdən danışıb, bu işlərin Azərbaycan xalqının qəlbində əbədi  yer tutduğunu qeyd ediblər.