Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Kitablar
03.05.2023 / Kitablar

“Prezident İlham Əliyevin siyasəti: dövlət-din münasibətləri və müasir çağırışlar” adlı kitab nəşr olunub

Bu yaxınlarda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Prezident İlham Əliyevin siyasəti: dövlət-din münasibətləri və müasir çağırışlar” adlı kitab nəşr olunub. Kitabın redaktoru Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, müəllifləri isə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov və Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevdir.  

Kitabda Azərbaycanda dünya dinlərinin yayılması və dini müxtəlifliyin təşəkkülü tarixi, dini sahədə dövlət siyasətinin məqsəd və vəzifələri, dünyəvi dövlət-din modelinin  hüquqi əsasları tədqiq edilir. Milli-dini həmrəyliyin möhkəmləndirilməsi və azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutması məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti şərh olunur. Dünyada multikulturalizmə dair müxtəlif yanaşmalar və onun nəticələri, qloballaşmanın milli-dini kimliyə təsiri araşdırılır. Dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, xalqımızın tarixi-dini abidələrinin qorunması sahəsində Prezident İlham Əliyevin apardığı siyasətin xüsusiyyətləri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyəti təhlil edilir. Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi məsələsi, Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbə əldə etməsində Ali Baş Komandan İlham Əliyevin apardığı qətiyyətli və prinsipial siyasət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin böyük şücaəti və qəhrəmanlığı, milli-dini birliyin oynadığı rol şərh olunur.