Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Kitablar
11.05.2023 / Kitablar

“Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilib

Dini Qurumlarla İş üzrə Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilib.

Kitabda Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, o cümlədən əməkdaşlarının məqalələri yer alıb. Məqalələrdə müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi missiyanı üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi işlər geniş şəkildə şərh edilir. Müasir Azərbaycanın memarı Ulu Öndərin dövlət-din münasibətlərinin təşəkkülündə və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs olunur.

Kitabda multikulturalizmin Azərbaycan modeli, müasir Azərbaycanda tolerantlıq ənənəsinin inkişafı, milli-mənəvi dəyərlərimizə qayıdış, Azərbaycançılığın dövlət ideologiyası səviyyəsində təsbit olunması kimi vacib məqamlara da toxunulub.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşrin dünya şöhrətli tarixi şəxsiyyətin siyasi irsinin öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayacağına, habelə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı olacağına ümidvarıq.