Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Mehriban Əliyeva: Dini və etnik dözümlülük bizim sərvətimizdir” adlı nəşrdə Ulu Öndər Heydər Əliyevin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsi üçün çalışan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycandakı tolerant və multikultural dəyərlərin qorunaraq təbliğ edilməsi sahəsində fəaliyyətindən bəhs olunur. Eyni zamanda topluda dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daim diqqət mərkəzində saxlayan, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına əvəzsiz töhfələr verən ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və himayəsi əsasında müqəddəs məkanların təmiri, tikintisi və bərpası istiqamətində görülən işlər geniş işıqlandırılıb. Kitabda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, müxtəlif tədbirlərdə iştirakı, habelə beynəlxalq konfranslardakı nitqləri, görüşləri, müqəddəs dini məkanlara ziyarətləri və s. barədə məlumat toplanılıb.
AZƏRTAC-ın materialları əsasında ərsəyə gətirilən kitab ölkəmizdə həyata keçirilən uğurlu din siyasətini, sahib olduğumuz dövlət-din münasibətləri modelini öyrənmək istəyən təşkilatlar, araşdırmaçılar, dinşünaslar, tarixçilər, sosioloqlar, dini icma və konfessiyalar, eyni zamanda KİV nümayəndələri üçün dəyərli mənbə olacaqdır.