Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun “Din və ideoloji təhlükəsizlik” kitabı nəşr olunub.
6 fəsildən ibarət olan kitabda beynəlxalq və regional münasibətlər sistemində din amili, dini ekstremizmin mahiyyəti və yaranma səbəbləri, dinin siyasiləşdirilməsi, dini təhlükəsizlik, din və hüquq problemləri ilə yanaşı, dinin ictimai həyatda rolu, dinlərarası və mədəniyyətlərarası dialoq məsələlərinə toxunulub. Nəşrdə Azərbaycanın dövlət-din münasibətlərinin inkişafı baxımından nümunəvi ölkə olması, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modelinin cəmiyyətin sağlam inkişafı, milli-mənəvi dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıması oxucuların diqqətinə çatdırılıb.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan, beynəlxalq aləmdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yollarının işıqlandırıldığı kitabdan din-siyasət münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislər, eləcə də siyasi şərhçilər, gənc tədqiqatçılar istifadə edə bilərlər.
“Din və ideoloji təhlükəsizlik”