Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

İslam Həmrəyliyi
28.08.2019 / İslam Həmrəyliyi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi: “Azərbaycan dünyada sülhün və İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfə verir”

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvüdür”. Bu fikirləri Prezident İlham Əliyevlə görüşdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfə verir. Baş katib, eyni zamanda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.

Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirilib.