Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, kənd sakinləri və dindarlar iştrak ediblər.
Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev xalqımızın milli-mənəvi dəyərlərinin islami dəyərlərlə uzlaşması nəticəsində formalaşan həmrəylik, tolerant və multikultural mühitin dini maarifləndirmə tədbirləri vasitəsilə təbliğinin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dindarlara əlverişli şərait yaradıldığını qeyd edən icma sədri din xadimlərinin və dindarların dövlətin bütün istiqamətdəki fəaliyyətini dəstəklədiklərini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Dövlət Komitəsi tərəfindən “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib, İslam həmrəyliyi mövzusunda ölkəmizdə baş tutmuş beynəlxalq konfransların əhəmiyyətini qeyd edib. Tamerlan Əhmədli, həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinin artırılması istiqamətində atılan addımlar barədə tədbir iştrakçılarını məlumatlandırıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Bərdədə fəaliyyət göstərən dini icmalar tərəfindən yüksək səviyyədə həyata keçirlmiş dini maarifləndirmə layihələri barədə məlumat verib, bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın razılığı ilə nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.