Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
09.02.2023 / Heydər Əliyev ili

Zərdabda “Heydər Əliyev məfkurəsi” mövzusunda tədbir keçirilib

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay  bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Heydər Əliyev Mərkəzi və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" ilə bağlı olaraq “Heydər Əliyev məfkurəsi” mövzusunda tədbir keçirilib.

Zərdab rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Mərkəzin direktoru Könül Rəhimova, Gənclər evi sosial xidmət müəssisəsinin müdiri Jalə Kərimli, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Heydər Əliyev məfkurəsi Azərbaycan xalqının milli həmrəyliyi və bütövlüyünü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu və sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanların yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək, bütün həmvətənlərimizin milli istinad mənbəyinə çevrilib.