Şriftin ölçüsü:
Saytın rəngi:
Dekabrın 14-də Zaqatala rayonu Aşağı Tala kənd 3 №-li tam orta məktəbində “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri İlqar Vəliyev, rayon Heydər Əliyev Mərkəzinin, Şəki-Zaqatala Regional Təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi, eyni zamanda azərbaycançılıq ideologiyasının sistem halına salınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb. O da qeyd olunub ki, əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir müzakirələrlə davam edib.