Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxanalar Sistemi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına liseydə “Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, təşkilatçı qurumların məsul əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin böyük tarixi hadisə olduğu qeyd edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və xalqın adət-ənənələrinin zənginləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Vurğulanıb ki, məscidlərin, tarixi-dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi Ümummilli Liderin bir daha milli-mənəvi dəyərlərə bağlılığının göstəricisidir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və DQİDK-nın sifarişi ilə hazırlanmış “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş edilib.