Şriftin ölçüsü:
Saytın rəngi:
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Zaqatala rayonunun N.Aslanov adına Yengiyan kənd tam orta məktəbində “Heydər Əliyev müasir Azərbaycanın qurucusu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon Gənclər və İdman Sektorunun aparıcı məsləhətçisi Nailə Hacıyeva, müəllim və şagirdlər iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən, Azərbaycan dövlətçiliyinin qorunmasında və möhkəmlənməsindəki rolundan bəhs edilib. Bildirilib ki, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, dünya dövlətləri içərisində tanınan və beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilib. Natiqlər Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə əldə olunan inkişaf və uğurlardan danışıblar.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş edilib, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.