Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 4-də Yardımlı rayon Abı Nəcəfov adına Arus kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev siyasətində tolerant və multikultural mühitin təşəkkül tapması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Yardımlı Gənclər və İdman İdarəsinin nümayəndəsi Şəhriyar Şabiyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, multikulturalizm siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Qeyd edilib ki, Ulu Öndər müstəqil respublikamızda tolerantlığı dövlət siyasətinə çevirmiş dahi şəxsiyyətdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.