Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayonu İcra Hakimiyyəti (RİH) və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev - Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri qeyd edilib. Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsində, dünya miqyasında tanınmasında, demokratik, hüquqi dövlət quruculuğunda, çoxəsrlik tarixə malik olan milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin danılmaz əməyinin olduğu vurğulanıb. Müstəqil ölkəmizin bugünkü nailiyyətlərinin, şanlı Qələbəsinin Heydər Əliyev strategiyasının təntənəsi olduğu və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi iştirakçıların diqqətinə çatdırılıb.